Litva 2024-cü ildə Ukraynaya 340 milyon avro ayıracaq
Litvanın baş naziri İnqrida Şimonite ölkəsinin 2024-cü ildə Ukraynaya yardım üçün 340 milyon avro xərcləyəcəyini bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb .
“Elə ehtiyaclar var ki, bizimlə bağlı deyil, Ukrayna kimi bizim üçün çox vacib olan bir şeylə bağlıdır. Önümüzdəki illərdə təkcə müharibə qaçqınlarını dəstəkləmək üçün vəsaitə ehtiyacımız olmayacaq, həm də Aİ ölkələri Avropa Birliyinin 50 milyardlıq büdcəsini qəbul etməsə, biz də dəstəyi davam etdirməli olacağıq”, - deyə Şimonite bildirib.
Bundan əvvəl Litva Müdafiə Nazirliyi Litvanın artıq Ukraynaya dəstək üçün uzunmüddətli plan hazırladığını bildirmişdi.
2024-2026-cı illər üçün Ukraynaya yardım üçün nəzərdə tutulan məbləğ 200 milyon avro təşkil edir.
Sentyabrın 19-da Litva Ukraynaya yeni hərbi yardım paketinin ötürüldüyünü elan edib. Buraya detonasiya sistemləri, dəniz müşahidə radarları və tank əleyhinə qumbaraatan Carl Gustaf üçün sursat daxildir.
Litvanın maliyyə naziri Gintare Skaiste Aİ-ni yenidən işlənmiş uzunmüddətli büdcəsində Ukraynaya dəstək üçün daha çox vəsait ayırmağa çağırıb.
Litvadan Ukraynaya ümumi hərbi, humanitar və maliyyə yardımı 1 milyard avroya çatıb. Bu, 2022-ci il üçün ölkənin ÜDM-nin 1,42%-ni təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay