Dünya
04.10.2023 / 17:57
ABŞ borcunun gündəlik artımı Rusiyanın bütün dövlət borcunu üstələdi
33816
ABŞ-ın dövlət borcu bir gündə Rusiyanın bütün suveren borcunun həcmindən çox artıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Oktyabrın 2-də ABŞ hökumətinin borcu 275 milyard dollar artıb. Bu, Rusiya Federasiyasının bütün dövlət borcundan 3% çoxdur. Agentlik qeyd edib ki, ABŞ-ın borcunun əsas artımı onun öz departamentləri qarşısında öhdəliklər hesabına olub - 266 milyard dollar. Vətəndaşlara, müəssisələrə və digər ölkələrə borc 9 milyard dollar artıb.
Ümumilikdə, ABŞ-ın dövlət borcu 33,442 trilyon dollara çataraq yeni tarixi maksimuma çatıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay