Dünya
03.10.2023 / 21:47
Moldova Rusiyadan qaz almağa hazırdır, amma...
33721
Moldova “Qazprom”dan qaz almağa hazırdır, ancaq qiymət münasib olarsa və siyasi şərait yaranarsa bu addımı atacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Moldovanın "NewsMaker" nəşrinə energetika naziri Viktor Parlikov məlumat verib.
Parlikovun sözlərinə görə, əgər “Qazprom” Moldovaya respublikanın Avropa İttifaqı ilə münasibətlərində siyasi risklərlə əlaqəli olmayan yaxşı qaz təklif etsə, belə bir ssenari mümkündür.
Bundan əvvəl Moldova Dnestr çayının sağ sahili üçün Rusiya qazından tamamilə imtina etmək niyyətində olmadığını, lakin əlverişli tədarük şərtlərində israr etdiyini bildirmişdi. Hazırda Moldova Rumıniyadan kommersiya müqavilələri əsasında qaz alır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay