Moskva birjasında dolların məzənnəsi 100 rublu ötdü
Ticarətin əvvəlində rublun məzənnəsi Amerika dolları və Çin yuanı qarşısında zəifləyib: dolların dəyəri 2023-cü il avqustun 14-dən bəri ilk dəfə olaraq 100 rublu ötüb.
Valyuta.az xəbər verir ki, bu barədə Moskva birjasının məlumatında deyilir.
Amerika valyutasının məzənnəsi “sabah” hesablamalara əsasən, Moskva vaxtı ilə saat 7:03-də 35 qəpik möhkəmlənərək 100,11 rubl, Çin valyutasının məzənnəsi 5 qəpik artaraq 13,65 rubl, avronun məzənnəsi isə 30 qəpik azalaraq 104 .65 rubl olub.
Oktyabrın 2-də G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin (REU) Maliyyə Bazarları kafedrasının müdiri Konstantin Ordov bəyan edib ki, yaxın gələcəkdə rublun məzənnəsi yeni gömrük rüsumlarına göz dikən ixracatçıların mövqeyindən asılı olacaq.
İqtisadçı qeyd edib ki, hökumət Rusiya Federasiyasına valyuta gəlirlərinin qaytarılmasını stimullaşdırmağa çalışır, lakin şirkətlərin özləri hələ başa düşmürlər ki, onlar üçün hansı variant daha sərfəlidir - artan ixrac rüsumlarını ödəmək və ya istədiklərini etmək.
Oktyabrın 2-də Moskva birjasında dolların məzənnəsi avqustun 15-dən bəri ilk dəfə olaraq 99 rublu ötüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay