Rusiyalı milyarderlərin nə qədər varlandığı məlum oldu - "Bloomberg"
2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı iş adamlarının sərvəti 21,13 milyard dollar artıb.
Valyuta.az xəbər verir ki, bunu Bloomberg onların şirkətlərinin səhmlərinin dəyərinin dinamikası əsasında hesablayıb.
Bloomberg Milyarderlər İndeksinə əsasən, LUKOIL-un təsisçisi Vahid Ələkbərov 6,4 milyard dollar qazanıb, sərvəti 21,8 milyard dollara çatıb, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin 3,42 milyard qazanıb, kapitalı 23,3 milyard dollar təşkil edib.
Eurochem və SUEK-in təsisçisi Andrey Melniçenko 3,04 milyard dollar qazanıb, onun sərvəti 16,2 milyard dollara çatıb. Ən çox itirən iş adamı Süleyman Kərimov - 1,48 milyard dollar. Onun kapitalı 7,52 milyard dollara qədər azalıb. O, Bloomberg-in sorğusuna hələ cavab verməyib.
Eyni zamanda, dünyanın 10 ən varlı sahibkarı 2023-cü ilin yanvarından ümumilikdə 337,77 milyard dollar zənginləşib. Dünyanın ən varlı adamı Tesla və SpaceX-in qurucusu İlon Mask olaraq qalır. Bu ilin əvvəlindən onun sərvəti 95 milyard dollar artaraq 232 milyard dollar təşkil edib.
Bloomberg Milyarderlər İndeksi 2012-ci ildən bəri dünyanın ən zəngin 500 adamının taleyində gündəlik dəyişiklikləri izləyir.
BİF (Beynəlxalq İqtisadi Forum) zamanı Rusiya prezidenti Vladimir Putin sanksiyalarla üzləşən iş adamlarına Rusiyaya pul sərmayə qoymağı tövsiyə edib.
Bundan əvvəl rus milyarderlərinin Avropadan 50 milyard dollarlıq aktivlərini çıxardıqları bildirlmişdi.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay