İranda fətva vermək üçün süni intellektdən istifadə olunacaq
İran hökuməti din xadimlərinin daha tez fətva vermələrini təmin etmək üçün süni intellektdən istifadə etməyin yollarını araşdırır .
Valyuta.az xəbər verir ki, 2020-ci ildə Süni İntellekt Konfransı keçirildikdən sonra dini qurumların modernləşdirilməsi üçün bir çox layihələr həyata keçirilib. Qumun aparıcı süni intellekt tədqiqat təşkilatı Nur Bilgisayar İslam Elmləri Araşdırma Mərkəzi şəhərin ilahiyyat məktəbinə bağlıdır və qədim dini mətnlərə çıxışı olduğu da məlumdur.
Bu əsrlər boyu mövcud olan mətnləri oxumaq və şərh etmək alqoritmlər vasitəsilə asanlaşdırıla bilər. İranın dini lideri Ayətullah Əli Xameneyi də süni intelleklə razılaşır. O iyun ayında verdiyi açıqlamada, İranın ən azı süni intellekt baxımından dünyanın ilk 10 ölkəsi arasında olmasını istədiyini, lakin bu texnologiyanın ölkənin İslamın təfsiri çərçivəsində istifadə olunması şərtləri daxilində həyata keçirlməsinin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Qumdakı hökumət texnologiya inkubasiya mərkəzinin rəhbəri Məhəmməd Kutbi açıqlamasında, "Robotlar yüksək səviyyəli din xadimlərini əvəz edə bilməz, lakin onlar onlara 50 gün əvəzinə 5 saat ərzində fətva verməyə kömək edə biləcək etibarlı köməkçi ola bilər. Bu planın tərəfdarları texnologiyadan istifadəni lokallaşdırmağa çalışırlar, çünki bizim mədəni dəyərlərimiz Qərbin dünyəvi baxışlarından fərqlənir" - sözlərini söyləyib. Kutbi hesab edir ki, süni intellekt həm tədqiqatları, həm də vətənpərvərlikdən tutmuş şəxsi gigiyenaya qədər ənənəvi olaraq verilən fətvaların ictimailəşdirilməsi prosesini sürətləndirə bilər.
Digər tərəfdən, İran rəsmilərinin bu bəyanatları həm də ötən il Məhsa Əmininin qətlindən sonra modernləşmə çağırışları ilə əlaqələndirilir. Əmininin hicabını səhv taxdığı iddiası ilə polis nəzarətində öldürülməsindən sonra ölkədə kütləvi etirazlar başlamışdı.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay