Mask Kanada hakimiyyətini söz azadlığını məhv etməyə çalışmaqda ittiham etdi
Sahibkar və milyarder İlon Mask Kanadanın baş naziri Castin Trüdonu onlayn platformalarla bağlı yeni qaydaların qüvvəyə minməsi ilə əlaqədar söz azadlığını pozmağa cəhddə ittiham edib.
Valyuta.az xəbər verir ki, milyarder bunu özünün "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Trüdo Kanadada söz azadlığını məhv etməyə çalışır. Biabırçılıqdır”, deyə Mask Kanada hakimiyyətinin hərəkətlərini şərh edib.
Kanada Yayım və Telekommunikasiya Komissiyası (CRTC) sentyabrın sonunda axın xidmətləri və podkastlar üçün yeni qaydaları açıqlayıb. Yeniliklərə əsasən, ildə 10 milyon Kanada dollarından (7,4 milyon ABŞ dolları) çox gəlir əldə edən onlayn platformalar bu ilin noyabrın 28-dək qeydiyyatdan keçməlidir. Qeyd olunur ki, qeydiyyat tələbləri sosial şəbəkələrə və digər onlayn xidmətlərə şamil edilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay