Rusiya gübrə ixracını 50% artıb - Ən böyük alıcılardan biri ABŞ-dır
Rusiya 2023-cü ilin birinci yarısında ən azı 6,6 milyard dollar dəyərində gübrə ixrac edib.
Valyuta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya gübrələrinin əsas alıcıları Braziliya, Hindistan və ABŞ-dır.
Açıq mənbələrə görə, Rusiya yanvar-iyun aylarında 57 ölkəyə ümumilikdə 6,6 milyard dollar dəyərində gübrə tədarük edib. Bununla belə, Afrika və Asiyada bir sıra ənənəvi alıcılar müvafiq məlumatları açıqlamırlar. Rusiya ixracatının demək olar ki, yarısı Braziliyaya (1,9 milyard dollar) və Hindistana (1,3 milyard dollar) gedib. Üçüncü yerdə 890 milyon dollarlıq alışla ABŞ qərarlaşıb.
Rusiya gübrələrinin ən böyük idxalçıları onluğuna həmçinin Çin (632 milyon), Meksika (429 milyon dollar), Türkiyə (170 milyon dollar) və digər ölkələr daxildir.
Ümumilikdə, 2022-ci ildə Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 19,3 milyard dollar dəyərində gübrə ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 50% çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay