Fransada erməni iş adamının iştirakı ilə daşınmaz əmlak əməliyyatları araşdırılır
Fransada “Louis Vuitton Moet Hennessy”nin rəhbəri Bernard Arnault və Rusiya Federasiyasından olan iş adamı Nikolay Sarkisovun iştirakı ilə daşınmaz əmlak əməliyyatları araşdırılır.
Valyuta.az xəbər verir ki, bu barədə "Le Monde" yazır.
Qəzetin yazdığına görə, Fransa, Lüksemburq və Kiprdə yaradılan şirkətlər ümumi dəyəri 18 milyon avrodan çox olan 17 mülk əldə ediblər. Sarkisovun özü də bu şirkətlərə sahib ola və ya paya malik ola bilərdi. Alış üçün pul isə Bernard Arnonun şirkətləri vasitəsilə alınıb.
Müstəntiqlərin fikrincə, bu, Nikolay Sarkisova 2 milyon avro qazanc əldə etməyə imkan verib.
Bundan əvvəl rayon məhkəməsi sanksiya qaydalarını ağırlaşdıran hallarla pozmaqda şübhəli bilinən Qabriel Temini həbs edib.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Teminin rəhbərlik etdiyi Luminor və Siberica şirkətləri Rusiyaya xarici elektron məhsullar tədarük edib. Xəbərdə deyilir ki, Temin də şəxsi sanksiyalar siyahısına əlavə edilib.
Temin Fransa vətəndaşıdır və Finlandiyada fəaliyyət göstərən iki şirkətin icraçı direktorudur. 1991-ci ildən onun daimi yaşayış ünvanı Finlandiyadır.
Bundan əvvəl sanksiyalara məruz qalan milyarder Aven Londonda necə yaşayacağını bilmədiyini deyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay