Qazaxıstan Almaniyaya neft tədarükünü artırmağa hazırdır
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltla danışıqların yekunlarına dair mətbuat konfransında respublikanın "Drujba" neft kəməri ilə bu ölkəyə neft nəqlinin həcmini artırmağa hazır olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, Astananın prioritetlərindən biri enerji sahəsində əməkdaşlığın inkişafıdır. O vurğulayıb ki, 2023-cü ilin əvvəlindən Qazaxıstan “Drujba” magistral neft kəməri ilə Almaniyaya 500 min ton neft göndərib.
Tokayev vurğulayıb ki, Berlinin tələbi ilə respublikanın neft tədarükünün həcmini artırmağa və ona uzunmüddətli xarakter verməyə hazır olduğunu təsdiqləyib.
Bundan əvvəl Drujba neft kəmərinin Polşa hissəsinin operatoru PERN zədələnmiş hissədən neftin vurulmasının bərpa olunduğunu elan edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay