İspaniyada 1950-ci ildən bəri gözlənilən ən isti payız
İspaniyada sentyabrın əvvəlindən bəri mövsüm normalarının üzərində olan temperaturun davam edəcəyi və ölkədə 1950-ci ildən bəri ən isti payızı yaşayacağı təxmin edilir.
Valyuta.az xəbər verir ki, bu barədə İspaniya Meteorologiya İnstitutunun (AEMET) sözçüsü Ruben del Kampo bildirib.
O, ilin bu dövrü ilə müqayisədə bütün ölkə ərazisində "fövqəladə və güclü istilərin" yaşandığını bildirib. Payızda ölkə daxilində temperaturun mövsüm normalarından 5-10 dərəcə yuxarı olacağı gözlənildiyini qeyd edən del Kampo proqnozların 1950-ci ildən bəri ən isti payız vəd etdiyini bildirib.
Yayda müşahidə olunan həddindən artıq isti dalğalarının gözlənilmədiyini, lakin bəzi bölgələrdə mövsümi temperatur rekordlarının qırıla biləcəyini bildirən AEMET sözçüsü, orta temperaturun artıq 10 il əvvəlkindən 2 dərəcə yüksək ölçüldüyünü qeyd edib.
Yaxın 10 gün ərzində İspaniyanın bir çox regionlarında orta temperaturun 30-32 dərəcə, Ebro vadisində və Pireney yarımadasının cənub-qərbində 32-34 dərəcəyə, Guadalquivir vadisində isə 36-38 dərəcəyə çatacağı gözlənilir.
Sevilya şəhərinin Sanlucar La Mayor rayonunda termometrlər sentyabrın 5-də 46,4 dərəcə isti göstərib və bunun sentyabr ayı üçün Avropada qeydə alınan ən yüksək temperatur olduğu bildirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay