“Qazprombank” “Mega” ticarət mərkəzləri şəbəkəsini aldı
“Qazprombank” Rusiyadakı “Mega” ticarət mərkəzləri şəbəkəsini almaq üçün müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Ticarət mərkəzləri İsveçin İngka Mərkəzlərindən (əvvəllər IKEA-nın və Rusiyadakı "Mega" ticarət mərkəzinin sahibi və idarə olunan struktur. Mağazanın sahəsi 2,3 milyon kvadratmetrdir) alınıb.
“Sövdələşməyə 14 "Mega" ticarət mərkəzi (Moskva, Moskva vilayəti, Leninqrad vilayəti, Omsk, Ufa, Rostov-na-Donu, Samara, Adıgey, Kazan, Yekaterinburq, Novosibirsk və Nijni Novqorod) daxildir", deyə bankın mətbuat xidmətindən bildirilib.
Əməliyyatın təfərrüatları açıqlanmır.
Sentyabrın 14-də məlum olub ki, İngka Rusiyada 14 “Mega” ticarət mərkəzinin satışı ilə bağlı “Qazprombank”la danışıqlar aparır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay