Dünya
28.09.2023 / 09:55
Dollar SWIFT-də rekord, avro antirekord vurdu
33431
SWIFT sistemi vasitəsilə beynəlxalq ödənişlərdə dolların payı avqustda 48,03%-ə çataraq yeni tarixi rekorda imza atıb.
Valyuta.az xəbər verir ki, bunu "RİA Novosti"nin təhlil etdiyi SWIFT məlumatları sübut edir.
İyul ayı ilə müqayisədə dolların payı daha 1,57 faiz bəndi artıb. Beləliklə, Amerika valyutası beynəlxalq ödənişlərdə mövqeyini möhkəmləndirməkdə davam edir. Eyni zamanda, avqustda avronun payı 1,22 faiz bəndi azalaraq, tarixən ən aşağı səviyyə olan 23,2%-ə düşüb. Bu, ilk növbədə avronun avrozonadan kənarda populyarlığının azalması ilə bağlı olub. Eyni zamanda, Çin yuanı rekord göstərici nümayiş etdirib. Avqustun sonunda onun payı bir ay əvvəlki 3,06%-ə qarşı 3,47%-ə yüksəlib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay