Dünya
28.09.2023 / 09:08
Cənubi Kipr anti-Rusiya sanksiyaları səbəbindən 1 milyard avrodan çox itirib
33430
Cənubi Kipr Rusiyaya qarşı sanksiyalara qoşulduğu üçün 1 milyard avrodan çox itki verib.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın bu ölkədəki səfiri Murat Zyazikov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
O qeyd edib ki, Cənubi Kipr səmanın Rusiya təyyarələri üçün bağlanması səbəbindən 800 min rusiyalı turistdən məhrum olub. Üstəlik, turizm ölkə büdcəsinin əsas gəlir mənbələrindən biridir.
“Respublikanın statistik xidmətinin məlumatına görə, 2022-ci ildə bir turistin xərcləri gündə 88 avro təşkil edib", deyə səfir bildirib.
Onun sözlərinə görə, orta məzuniyyət müddəti 14 gün olan Cənubi Kipr büdcəsi rusların olmaması səbəbindən 1 milyard avrodan çox itirib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay