Dünya
27.09.2023 / 18:45
Çin lideri ÜTT-də islahatların aparılmasını təklif etdi
33417
Çin prezidenti Si Szinpin Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılmasının zəruriliyindən danışıb.
Valyuta.az xəbər verir ki, onun fikrincə, təşkilat çoxtərəfliliyin mühüm sütunu olmaqla yanaşı, qlobal iqtisadi idarəetmənin elementidir.
Si Szinpin əlavə edib ki, ÜTT-də zəruri islahatların aparılması ümumi konsensus və ümumi tendensiyadır.
Prezident hesab edir ki, Çin tərəfi təşkilatın bu islahatında, eləcə də beynəlxalq iqtisadi və ticarət qaydalarına düzəlişlərdə tam şəkildə iştirak etməli, dərin islahatlara və yüksək səviyyəli açıqlıq ilə yüksək keyfiyyətli inkişafı təşviq etməlidir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay