"Ford" tətillərə görə 3,5 milyard dollarlıq zavodunun tikintisini dayandırır
Amerikanın avtomobil istehsalçısı "Ford" Miçiqan ştatında 3,5 milyard dollar dəyərində yeni elektrik avtomobil akkumulyatoru zavodunda işləri dayandırır.
Valyuta.az xəbər verir ki, bu barədə CNN yazır.
Nəşr qeyd edir ki, elektromobillərə keçid avtomobil işçilərinin "Ford", GM və "Stellantis" avtomobil istehsalçılarına qarşı tətilində “əsas maneəyə” çevrilib.
"Ford" nümayəndəsi bildirib ki, zavodun tikintisinə başlanılıb-başlanılmayacağı ilə bağlı yekun qərar hələ verilməyib.
Tamamlansa, zavod Miçiqanın cənubunda, Marşal yaxınlığında 950 hektar ərazidə yerləşəcək.
Zavod 2026-cı ildə istifadəyə verildikdə 2500 nəfərin işlə təmin olunması planlaşdırılırdı. "Ford" keçən fevral ayında akkumulyator zavodu planlarını açıqlamışdı.
"Biz zavodu rəqabətədavamlı şəkildə idarə etmək qabiliyyətimizə əmin olana qədər Marşal layihəsində işləri dayandırırıq və tikinti xərclərini məhdudlaşdırırıq", - şirkətdən bildirilib.
"Ford" "General Motors" və "Stellantis" ilə birlikdə indi avtomobil işçilərinin tətili ilə üz-üzə qalıb.
Birləşmiş Avtomobil İşçiləri (UAW) rəhbəri Sean Fein bu qərarı "Ford"un iş yerlərini ixtisar etmək üçün utanc verici, nazik örtüklü təhdidi" adlandırıb:
“Son 20 ildə 65 fabrikin bağlanması “Böyük Üçlük” üçün kifayət olmayıb, indi onlar bizi hələ açılmamış fabrikləri bağlamaqla hədələmək istəyirlər”.
Elektrikli nəqliyyat vasitələrinin yığılması benzinlə işləyən avtomobillərin istehsalı ilə müqayisədə xeyli az işçi heyəti tələb etdiyinə görə, həmkarlar ittifaqı avtomobil istehsalçılarının sonda tam elektriklə işləyən modellərə keçmək planlarının son nəticədə daha çox iş itkisi və aşağı əmək haqqı demək olacağından narahatdır. İş təhlükəsizliyi faktiki olaraq danışıqlarda əsas məsələyə çevrilib.
Xatırladaq ki, Amerikanın üç ən böyük avtomobil istehsalçısı olan "General Motors", "Ford" və "Stellantis"in işçiləri şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı danışıqlarının nəticəsiz qalmasından sonra görünməmiş koordinasiyalı aksiya keçirərək tətilə başlayıblar. Zavodların işi tamamilə dayandırılıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay