Aİ 1,7 milyard dollarlıq müqaviləni blokladı
Avropa İttifaqının antiinhisar orqanları "Booking Holdings"in İsveçin "ETraveli" onlayn mehmanxana sifarişi xidmətini 1,7 milyard dollara satın alması ilə bağçlı müqaviləsini bloklayıb.
Valyuta.az bu barədə "Reuters"ə istinadən
Avropa Komissiyası birləşməyə qadağa qoyub, çünki "Booking Holdings" nümayəndələri tənzimləyicinin şirkətin bazarda hökmranlığının mənfi nəticələri ilə bağlı narahatlığını məhkəmədə aradan qaldıra bilməyib. Avropa Komissiyası bu işdə 27 Aİ ölkəsinin bazarlarında rəqabətə cavabdeh olan müşahidəçi kimi çıxış edib.
Aİ-nin rəqabət orqanının rəhbəri Didye Reynders bildirib ki, Avropa Komissiyası qərar qəbul etməzdən əvvəl "Booking Holdings" və "ETraveli"in potensial birləşməsi ilə bağlı sənaye iştirakçılarının fikrini öyrənmək üçün 15 minə yaxın otel və mehmanxananın sahibləri arasında sorğu keçirib:
“Bazar iştirakçıları, ümumiyyətlə, sövdələşmənin "Booking Holdings"in Avropa İqtisadi Bölgəsində onlayn bronlaşdırma bazarında hökmranlığını gücləndirəcəyindən narahatdır".
Onun fikrincə, Avropa bazarında belə böyük oyunçunun meydana çıxması otel seçiminin azalmasına və istehlakçılar üçün xidmətlərin qiymətinin artmasına səbəb ola bilər.
"Booking Holdings" Avropa Komissiyasının qərarını qanuna zidd hesab edib və ondan apellyasiya şikayəti vermək niyyətindədir. Şirkət həmçinin qeyd edib ki, müqavilə daha əvvəl ABŞ və Böyük Britaniyada qeyd-şərtsiz təsdiqlənib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay