Ukraynadakı müharibədən ən çox bu Avropa ölkələrinin iqtisadiyyatları əziyyət çəkib
Rusiyanın Ukraynada müharibəyə başlaması nəticəsində beş Avropa ölkəsinin iqtisadiyyatı xeyli zərər çəkib.
Valyuta.az xəbər verir ki, bu barədə "Norveçin ABC Nyheter" internet nəşri yazır.
İsveçrə Mərkəzi Bankının məlumatına görə, ötən ilin fevral ayından etibarən xüsusilə Avropada enerji qiymətlərində kəskin artım, miqrantların artması, həmçinin hərbi xərclərvə s. buna təsir edib. Müharibə olmasaydı, ötən ilin dördüncü rübündə beş Avropa ölkəsinin iqtisadiyyatı 0,1-0,7 faiz bəndi yüksək, inflyasiya isə 0,2-0,4 faiz bəndi aşağı olacaqdı.
Qeyd edilir ki, Almaniya iqtisadiyyatı ən çox zərər çəkib. Sonrakı yerləri Fransa, Böyük Britaniya, İtaliya və İsveçrə iqtisadiyyatları tutur.
İsveçrəli ekspertlər gələcəkdə vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.
Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Avropa İttifaqının (Aİ) ən böyük iqtisadiyyatı olan Almaniya bu il ümumi daxili məhsulun (ÜDM) sıfır artımını nəzərdə tutan durğunluqla üzləşəcək. Əvvəllər Aİ-nin aparıcı iqtisadiyyatının artım templəri nümayiş etdirəcəyi güman edilirdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay