Çində mənzil böhranı dərinləşir: 1,4 milyon insana 3 milyard ev...
Çinin bütün 1,4 milyard əhalisi ölkədəki bütün boş mənzilləri doldurmağa kifayət etmir.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters"ə Çin statistika agentliyinin rəhbərinin keçmiş müavini He Kenq bildirib.
O, daşınmaz əmlak bazarındakı böhranı belə şərh edib: “İndi nə qədər boş ev var? Mütəxəssislər müxtəlif rəqəmlər verirlər, ən radikalları isə 3 milyard insan üçün bəs edəcək mənzillərin sayından danışır".
Onun sözlərinə görə, bu təxmin çox yüksəkdir, lakin 1,4 milyard çinlinin bütün boş mənzilləri doldura bilməsi ehtimalı azdır.
Qeyd edək ki, Çin daşınmaz əmlak bazarı 2021-ci ildən, Evergrande developerinin iflasa uğradığı vaxtdan böhran yaşayır. Avqustun sonunda Çində satılmamış mənzillərin sahəsi 648 milyon kvadratmetrə çatıb.
Nəşr aydınlaşdırır ki, keçmiş məmurun tənqidi hakimiyyətin Çin iqtisadiyyatının sabitliyi ilə bağlı rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay