Risk: Ukrayna məhsulları logistika çətinlikləri üzündən satılmadan ölkədə qala bilər
Ukraynalı fermerlər münaqişənin davam etməsinə baxmayaraq, bu il yüksək məhsul gözləyirlər. Bununla belə, məhdud marşrutlar səbəbindən logistik problemlər və yüksək ixrac xərcləri ilə üzləşməli olurlar.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Ukrayna Taxıl Assosiasiyasının məlumatına görə, ümumi məhsul təxminən 80 milyon ton - 2022-ci illə müqayisədə 8% çox qiymətləndirilir. Bu, əvvəlki proqnozlardan xeyli yüksəkdir.
Bununla belə, məhsulun ixraca çatdırılması çətinləşir. “Aydındır ki, biz Odessa limanları vasitəsilə dəmir yolu ilə və ya Dunay boyunca daşıdığımız həcmləri tez və səmərəli şəkildə daşıya bilmərik”, – Liman operatoru Ascet Shipping şirkətinin direktoru Nikolay Qapeyev deyir.
Treyder Rafael Qoroyanın sözlərinə görə, hazırda Dunay limanlarında yükdaşıma tarifləri bir ton üçün 70-80 avro təşkil edir ki, bu da keçən il olduğundan iki dəfə çoxdur. "Dunay limanları limitə qədər işləyir; fiziki olaraq investisiyalarla belə daha çox yükləyə bilmirlər", - o deyib.
Bundan əlavə, iri treyderlər ölkəni tərk etdiyi üçün indi bir çox fermerlər özləri eksportla məşğul olmalı olurlar. "Hər bir ukraynalı fermer indi ixracatçıya və logistə çevrilib", - Qapeyev deyib.
Ekspert Nazar Malınyakın fikrincə, gələcəkdə bəzi fermerlər çətin satılan məhsul yetişdirməkdən imtina edə bilərlər: "İstehsalçı məhsulu hara satacağını və necə təhvil verəcəyini bilmir".
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay