BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
33029

Sinqapur məhkəməsi bankın müştərisinin aktivlərini fırıldaqçılıqdan qoruya bilmədiyini etiraf edərək, "Credit Suisse"ni milyarder Bidzina İvanişviliyə 742,7 milyon dollar ödəməyə məcbur edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bu ilin iyununda "UBS Bank" ilə birləşməsini başa çatdıran bank məhkəmənin qərarı ilə razılaşmır.

İlkin olaraq məhkəmə prosesi zamanı “Credit Suisse”dən milyarderə olan borcun məbləği bank tərəfindən 926 milyon dollar qiymətləndirilib. Lakin bu ilin mayında məhkəmə bu faktı nəzərə alaraq məbləğin azaldılacağı ilə bağlı xəbərdarlıq edib. Bermud adaları da bu iş üzrə 2022-ci ildə Bidzina İvanişviliyə 600 milyon dollar məbləğində təzminat təyin edən qərar qəbul edib.

"Bloomberg" xəbər verir ki, Sinqapur məhkəməsinin bugünkü qərarı "Credit Suisse" menecerlərindən biri Patris Lekaudronun maxinasiyası ilə bağlı uzanan məhkəmə prosesinin növbəti mərhələsidir. 2016-cı ildə məlum olub ki, o, İsveçrə banklarından birində 2 milyard dollar saxlayan İvanişvilinin xəbəri olmadan öz pullarını digər müştərilərin hesabına onların itkilərini ödəmək üçün köçürüb. Ümumilikdə 2007-2011-ci illər arasında 89 milyon dollar, 24 milyon avro və 9 milyon İsveçrə frankı köçürülüb. 

2017-ci ilin avqustunda Bidzina İvanişvili Sinqapur, Yeni Zelandiya və Bermud adalarında "Credit Suisse"ə qarşı iddialar qaldırıb. İş adamının təqdim etdiyi sənəddə göstərilirdi ki, kredit təşkilatı 2007-2011-ci illərdə dələduzluqdan xəbəri olsa da, bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. 2018-ci ildə Patris Lekaudron dələduzluqda təqsirli bilinib. Bu ilin fevralında "Bloomberg" xəbər vermişdi ki, "Credit Suisse" Bidzina İvanişviliyə 210 milyon dollar ödəyib.

Sinqapur məhkəməsinin bugünkü qərarını şərh edən "Credit Suisse" nümayəndələri “bu qərar qəti deyil” və “apellyasiya şikayəti verəcəyik” deyiblər.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin