BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
33027

“Bu artıq uzun illər baş verən trenddir, yəni ABŞ-ın dövlət borcu neçə illərdir ki, daha da yüksəlir”. 

Bunu Valyuta.az-a iqtisadçı Natiq Cəfərli ABŞ-ın dövlət borcunun artması və bu vəziyyətin dünya iqtisadiyyatına göstərə biləcəyi təsirlər haqqında danışarkən deyib. 

Natiq Cəfərli bildirib ki, bu elə də böyük fəlakətli vəziyyət deyil:

“Bu günə qədər borc kağızlarının digər ölkələr tərəfindən məmnuniyyətlə alındığının şahidi oluruq. Yəni, bir çox ölkələr ABŞ-ın borc kağızlarından həm də gəlir məqsədi üşün istifadə edirlər. Ona görə də bu borc təhlükəli həddə deyil”.

İqtisadçı deyib ki, borc təhlükəli həddə olmasa da, tendensiya təhlükəlidir:

“ABŞ-ın dövlət borcu əvvəllər daha kiçik həcmlərlə artırdı. İndi isə yüksək rəqəmlərlə artdığının şahidi oluruq. Bu isə dünyaya əlavə inflyasiya prosesi yaradır. Amerikada borc kütləsi artdıqca, Federal Ehtiyat Sistemi daha çox pul kütləsi dövriyəyə buraxır, obrazlı dillə desək, daha çox pul çap edir. Bu da dünyada inflyasiyanın artımına səbəb olan faktora çevrilir. Biz bunu pandemiya dövründə də görmüşdük. İki ildə dünya bazarına 14 trilyon dollar əlavə vəsait daxil oldu. Dünya hələ də bu inflyasiya ilə mübarizəni başa çatdıra bilmir. İnflyasiya səngimir. Bu nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkələrin valyutalarına, onların inflyasiya göstəricilərinə ABŞ-ın borc tavanının yüksəlməsinin təsiri olacaq”.

“Belə vəziyyətdə dövlətlər öz iqtisadiyyatını və valyutasını qorumaq üçün nə etməlidir” sualına cavab olaraq iqtisadçı bildirib ki, qlobal trendlər bir-birinə o qədər bağlı məsələlərdir və burada dövlətlərin ayrı-ayrılıqda görəcəyi işlər olsa da, o qədər də çox deyil:

“İnkişaf etməkdə olan ölkələr inflyasiya ilə daha çox mücadilə etmək üçün uçot dərəcəsini qaldırır, kreditləri bahalaşdırırlar. Nəticə etibarı ilə iqtisadi aktivliyi azaltmaq yolu ilə inflyasiya ilə də mücadilə edirlər. Doğrudur bu zaman inflyasiya aşağı düşsə də, iqtisadi aktivliyin azalması işsizlik, gəlirlərin azalması kimi problemlər yaradır. Ona görə də qlobal trendləri idarə etmək, onlara yerli həll yolu tapmaq çətindir. Amma bu o demək deyil ki, mümkün deyil. Ölkələr daxili bazarlarını qorumaq üçün, inflyasiya tədbirlərini gücləndirsinlər, istehsalın artırılma yollarını tapsınlar. Bəzən də gömrük və vergi rüsumlarının azaldılması yolu ilə idxal malların ucuzlaşdırsınlar, bolluğuna səbəb olsunlar ki, bu inflyasiya zərbə vurmasın. Bu yollarla müəyyən qədər idarə etmək mümkündür, amma qlobal trend elədir ki, dollar inflyasiyası baş verdikcə, digər ölkələrdədə bu proses avtomatik olaraq sürətlənir”. 

ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata görə ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin