Türkiyədə son 53 ilin ikinci ən isti avqust ayı yaşanıb
Türkiyədə bu il orta temperaturun 27,1 dərəcə olduğu avqust ayı 2010-cu ildən sonra son 53 ilin ikinci ən isti avqustu olaraq qeydə alınıb.
Valyuta.az xəbər verir ki, Anadolu Agentliyinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Meteorologiya Ümumi Müdirliyinin məlumatlarından hazırladığı statistikaya əsasən, keçən ay orta temperatur Bandırma, Akhisar, Cənubi Ege, Dalaman, Fethiye, Antalya, Anamur, Hatay, Finike, Kaş, Köyceğiz, Korkuteli, Elmalı, Manavqat, Qazipaşa, Zonquldak, İnebolu, Cide, Boyabat, Tunceli, Hakkari, Ahlat, Birecik ətraflarında mövsümi normasında, digər ərazilərdə isə mövsüm normasından bir qədər çox olub.
Məlumata görə, 1991-2020-ci illəri əhatə edən uzun illərin orta hesabla 25,1 dərəcə olaraq müəyyən edilən avqust tempraturu bu ilin avqust ayında orta göstəricidən 2 dərəcə yuxarı qalxaraq, 27,1 dərəcə olub.
Beləliklə, bu ilin avqust ayının temperaturu 2010-cu ildəki avqust ölçmələrindən sonra 1971-2023-cü illəri əhatə edən son 53 ildə ikinci ən isti avqust kimi qeydə alınıb.
Bu ilin avqust ayında ən aşağı temperatur 4,9 dərəcə ilə Kanqal və Ərdahanda, ən yüksək temperatur isə 49,5 dərəcə ilə Əskişəhər Sarıcakayada qeydə alınıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay