Dünya
15.09.2023 / 19:30
İran ölkənin cənubunda 450 km-dən uzun neft kəmərini istifadəyə verəcək
32877
İranın cənubundakı Hörmüzqan əyalətindən ölkənin cənub-qərbindəki Kirman əyalətinin cənub hissəsinə uzanan 460 kilometr uzunluğunda neft məhsullarının nəqli üçün nəzərdə tutulan Tabeş boru kəmərinin birinci mərhələsi 20 gün ərzində açılacaq.
Valyuta.az xəbər verir ki, bu barədə bu barədə İranın neft naziri Cavad Oudji bildirib.
Oudjinin sözlərinə görə, birinci mərhələnin açılması yollarda neft məhsulları daşıyan tankerlərin sayını təxminən 2 min azaldacaq. Boru kəməri Kirmanın cənubundan İranın şimal-şərqindəki Rəzəvi Xorasan və Şimali Xorasan əyalətlərinə qədər uzanacaq.
Nazirin sözlərinə görə, ümumi uzunluğu 1500 kilometr olan kəmərin qalan hissələrinin tikintisi iki-üç ilə başa çatdırılacaq.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay