Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırdı
Rusiya Bankı əsas dərəcəsini illik 12%-dən 13%-ə qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin açıqlamasında bildirilir.
Mərkəzi Bank izah edib ki, Rusiya iqtisadiyyatında inflyasiya təzyiqi yüksək olaraq qalır. "Əhəmiyyətli proinflyasiya riskləri reallaşıb: daxili tələbin artımı, istehsalın genişləndirilməsi imkanlarını üstələmək və yay aylarında rublun zəifləməsi", - Bankın bəyanatında qeyd olunur.
Vurğulanır ki, “bu şəraitdə inflyasiyanın hədəfdən yuxarı kənarlaşma miqyasını və 2024-cü ildə 4%-ə qaytarılmasını məhdudlaşdırmaq üçün monetar şərtlərin əlavə sərtləşdirilməsini təmin etmək lazımdır. İnflyasiyanın hədəfə qayıtması və onun daha da 4% ətrafında sabitləşməsi həm də iqtisadiyyatda sərt monetar şəraitin uzun müddət saxlanılmasını nəzərdə tutur”, - Mərkəzi Bank qeyd edib.
Rusiya Bankı da 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu əvvəlki 5-6,5%-lik proqnoza qarşı 6-7%-ə qaldırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay