ABŞ-da tarixin ən böyük tətili başladı: Nə tələb olunur?
ABŞ-da avtomobil işçilərinin genişmiqyaslı tətili başlayıb.
Bu gün, Detroitin "Böyük Üçlüyü" adlandırılan zavodların - "General Motors", "Ford" və "Stellantis" zavodlarında işçilərin tətili başlayıb.
Valyuta.az xəbər verir ki, tətildə 12,7 minə yaxın işçi iştirak edir. Tətil ABŞ-ın ən böyük və ən qədim həmkarlar ittifaqlarından biri olan Birləşmiş Avtomobil İşçiləri (UAW) tərəfindən təşkil edilib. Amerika mediası yazır ki, bu, bütün “Detroit Üçlüyünün” fabriklərində eyni vaxtda tətilin ilk hadisəsidir və son onilliklərdə ABŞ-da ən böyük tətillərdən biridir.
Həmkarlar ittifaqı üç avtomobil istehsalçısı ilə işçilər üçün yeni müqavilə şərtlərilə bağlı razılığa gələ bilmədiyi üçün cümə axşamı günü tətil qərarı verib. Xüsusilə, UAW əmək haqqının 40% artırılmasını tələb edir, şirkətlər isə yalnız 20% artırmağa hazırdırlar. Bundan əlavə, birlik bəzi sosial ödənişlərin və müavinətlərin qorunub saxlanmasını və ya tətbiq edilməsini tələb edir, o cümlədən yaşayış minimumuna uyğunlaşdırılmış maaşların indeksləşdirilməsi, ənənəvi pensiya sxemlərinin qaytarılması və s.
UAW prezidenti Sean Fine qeyd edir ki, razılaşma əldə olunmasa, başqa zavodlar da tətilə qoşula bilər.
"Auto Forecast Solutions" şirkətinin analitiki Sam Fiorani deyib: “Hələlik bu, real ziyandan daha çox simvolik zərbədir (avtomobil istehsalçılarına)".
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay