Rusiya aviaşirkəti 1970-ci ilin təyyarəsindən istifadə etməyə məcbur oldu
Rusiyanın hava yolu yük şirkəti “Atran” Qərbin artan sanksiyalarından sonra ilk dəfə 2022-ci ilin martında fəaliyyətini bərpa edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Volqa-Dnepr” "Telegram" kanalı məlumat yayıb.
RBC-nın məlumatına görə, aviaşirkətin donanmasında əvvəllər doqquz "Boeing 737" təyyarəsi olub. İndi “Atran” yalnız 1970-ci ildə istehsal olunmuş An-12 təyyarəsindən istifadə edə bilər. Daşıyıcı yalnız onunla biznesi inkişaf etdirməyi planlaşdırır.
Aviaşirkətin baş direktoru Dmitri Sorokin bildirib ki, Atran yükləri Naryan-Mar, Xatanqa, Novı Urenqoy, Anadır, Pevek və digər təsdiqlənmiş bölgələrə çatdırmağı planlaşdırır. İlk reys artıq 12 ton yükü çatdırmaq üçün Norilsk şəhərinə yola düşüb.
Bundan əvvəl Maqadanda An-12 yük təyyarəsi sol mühərrikin nasazlığı səbəbindən uçuş-enmə zolağından çıxıb. "ASC Sibnia-Test" təyyarəsi yükləri Xabarovskdan Çukotkaya çatdırıb və yanacaq doldurmaq üçün Maqadana eniş edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay