Türkiyə Rusiyaya qazın qiymətinin aşağı salmağı təklif etdi
Türkiyə Rusiyadan qaza “daha münasib qiymətlər” alacağını gözləyir və “Qazprom”la qarşılıqlı anlaşmaya ümid edir.
Valyuta.az TASS-a istinadən xəbər verir ki, bu təklifi respublikanın energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərlə söhbəti zamanı açıqlayıb.
Moskva və Ankara qazın qiymətinin maksimum səviyyəsi ilə bağlı razılığa gəlib, ona görə də Avropanın ən böyük TTF qovşağında qiymətlərin dəyişməsi halında Türkiyə tərəfi kəskin qiymət artımlarından qorunur. Nazir etiraf edib ki, belə bir şərt endirim sayıla bilər.
Buna baxmayaraq, hazırkı reallıqlarda Türkiyə hesab edir ki, sazişə yenidən baxmağa dəyər.
“Türkiyə qazının qiyməti yüksəkdir. “Qazprom” etibarlı təchizatçı, Türkiyə isə Rusiya qazının yaxşı və etibarlı istehlakçısı olduğu üçün yaxın illərdə ondan daha münasib qiymətlər gözləyirik. Bununla belə, biz bu məsələnin rəqabətədavamlılığını nəzərə almalıyıq, ümid edirəm ki, qarşılıqlı anlaşma əldə edə biləcəyik”, - deyə nazir qeyd edib.
Ümumilikdə Türkiyə qaz idxalına görə 38 milyard dollar ödəyib ki, bunun da 40%-i Rusiyaya gedib. Bayraktar hansı dövrdən danışdığını dəqiqləşdirməyib.
Bundan əvvəl nazir bildirib ki, qaz qovşağı ilə bağlı Rusiya ilə danışıqlarda gecikmə yoxdur, mərkəzin tikintisi ilə bağlı danışıqlarda fasilə zəlzələ və prezident seçkiləri ilə bağlı olub. Amma indi iş davam edir.
Reuters dünən Rusiya yanacağının Avropaya çatdırılması üçün Türkiyədə qaz qovşağının yaradılmasının fikir ayrılıqları səbəbindən dayandırıldığını bildirmişdi.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay