Bolqarıstan Ukraynadan taxıla qoyulan qadağanı ləğv edə bilər - Fermerlər şokdadır
Bolqarıstan parlamentinin İqtisadi siyasət və innovasiyalar komitəsi 2023-cü il sentyabrın 15-dən sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qabaqlayıcı tədbirlərin ləğvi ilə bağlı qərar layihəsini qəbul edib.
Valyuta.az “Forbes Bulgaria”ya istinadən xəbər verir ki, komitənin 10 üzvü qərar layihəsinin lehinə, dördü əleyhinə səs verib, ikisi isə bitərəf qalıb. Yekun qərar plenar iclasda qəbul edilməlidir.
Bolqarıstanın layihəsində bildirilir ki, ölkə Ukraynadan Bolqarıstan, Polşa, Macarıstan, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalını qadağan edən fövqəladə tədbirin 15 sentyabr 2023-cü ildən sonra davam etdirilməsini dəstəkləmir. Nazirlər Şurasına öz mövqeyini bildirmək üçün lazımi tədbirlər görmək tapşırılıb.
Qərar layihəsi Komissiyada qızğın müzakirəyə səbəb olub, iclasda iştirak edən sənaye təşkilatları bunun əleyhinə çıxış ediblər.
Qərar layihəsi fermerlər tərəfindən birmənalı qarşılanmayıb və onlar qərardan şoka düşdüklərini bildiriblər. Taxıl İstehsalçıları Milli Assosiasiyasının sədri İlya Prodanov bildirib ki, qərarda onun gətirib çıxara biləcəyi nəticələrin təhlili yer almır və mətn bolqar istehsalçılarını risk altına qoyur.
Prodanovun sözlərinə görə, belə bir qərar ölkənin kənd təsərrüfatı sektorunu təhlükə altına qoyur və xəbərdarlıq edib ki, sənayedəki mövcud gərginlik nə vaxtsa son dərəcə geniş miqyasda yayılacaq. O, assosiasiyanın istehsalçıların maraqlarını hər cür qoruyacağını bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay