Rusiya və Türkiyə ödənişlərdə milli valyutalara keçidi aktiv şəkildə müzakirə etməyə başladı
Rusiya və Türkiyə qarşılıqlı hesablaşmalarda milli valyutalara - rubl və lirəyə keçid sahələrinin genişləndirilməsi ilə bağlı fəal müzakirələrə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbəyə istinadən yazır.
“Biz indi rusiyalı tərəfdaşlarımızla milli valyutalara keçə biləcəyimiz sahələri fəal şəkildə müzakirə edirik. Bilirsiniz ki, proses enerji sektorunda, qaz alqı-satqısı ilə bağlı bizim qarşılıqlı fəaliyyətimizdə başlayıb”, - agentliyin həmsöhbəti izah edib.
Onun sözlərinə görə, Moskva ilə Ankara arasında iqtisadi əlaqələr bütün sahələrdə inkişaf edir və ödənişlərdə milli valyutalara keçid iki ölkə liderinin göstərişi olub.
"Proses (ödənişlərdə rubl və lirəyə keçid - Gazeta.Ru) asan olmayacaq, amma əsas odur ki, siyasi iradə və konkret vəzifələr var", - mənbə vurğulayıb.
Sentyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri ilə danışıqlardan sonra iki ölkə arasında hesablaşmalarda milli valyutalardan istifadə tendensiyası yarandığını, dollar və avro ilə hesablaşmaların payının aşağı düşdüyünü açıqlamışdı. Ərdoğan ikitərəfli əməkdaşlıqda lirə və rubla keçidin vacibliyini də vurğulayıb. Ölkə liderləri arasında danışıqlardan əvvəl Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri Hafize Qaye Ercan və Elvira Nabiullina ikitərəfli ticarət çərçivəsində rubl və lirə ilə hesablaşmaları müzakirə ediblər.
Türkiyənin “Aydınlık” qəzeti hökumətin statistikasına istinadən yazıb ki, bu ilin 7 ayı ərzində Türkiyə ilə Rusiya arasında rublla idxal və ixrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 230% artıb. Türkiyədən rubl ixracı ötən illə müqayisədə 181% artaraq 428 milyon dollar, Rusiyadan idxal isə 352% artaraq 267 milyon dollara çatıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay