Dünya
12.09.2023 / 16:00
Prezident: "Almaniya tənəzzülədə, Avropa və Çində problemlər var, ABŞ isə güclənir"
32701
Serbiya prezidenti Aleksandar Vucic Ukraynadakı münaqişənin Almaniyada tənəzzülə, həmçinin bütün Avropa və Çində problemlərə səbəb olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, o, eyni zamanda, ABŞ iqtisadiyyatının əhəmiyyətli dərəcədə gücləndiyini deyib.
"İkinci ildir davam edən Ukrayna münaqişəsi Almaniyada tənəzzülə səbəb olib. Və Almaniya tənəzzüldə olanda bizim də problemimiz olur. ABŞ-da tənəzzül olsaydı, biz daha asan xilas olardıq, lakin onlar yüksəldi və kəskin şəkildə gücləndi”, deyə Serbiya prezidenti qeyd edib.
Vuçiçin sözlərinə görə, Serbiya iqtisadiyyatı bu il gözləniləndən bir qədər böyük artım nümayiş etdirəcək.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay