BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32692

Türkiyənin ən böyük təkər şirkətlərindən biri olan 96 illik “Tatko”da pay savaşı gedir.

Ortaqlardan Şen Yalman (86) oğlu Ziya Gür Yalman və qardaşı oğlu Kərim Oktay Yalman da daxil olmaqla 5 nəfərə qarşı onu aldatdıqları iddiası ilə cinayət işi qaldırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğuna təqdim edilən cinayət işi üzrə şikayət ərizəsinə əsasən, Türkiyənin ən sürətlə böyüyən 100 şirkəti arasında yer alan Tatko Lastik Sanayi Ticaret AŞ 96 il əvvəl Mehmet Rıfat Yalman tərəfindən təsis edilib. Yalmanın ölümündən sonra şirkət onun iki oğluna qalıb. Müraciətdə yer alan iddiaya görə, Mehmet Rıfat Yalmanın nəvəsi Kerim Oktay Yalman “Tatko Companies”in baş direktoru Vedat Özçeliklə birlikdə hərəkət edərək əmisi Şen Yalmanın 100 milyon dollarlıq (təxminən 2,6 milyard TL) şirkət səhmlərini dələduzluq yolu ilə ələ keçirib.

Digər şübhəlilərlə birlikdə hərəkət edən Kerim Oktay Yalman əmisinə şirkətlərin hər an müflis ola biləcəyini və bütün var-dövlətini itirə biləcəyini deyib. İflasdan qorxan Şen Yalman depressiyaya düşüb və not yazaraq intihara cəhd edib. Şen Yalman xüsusi xəstəxanada müalicə olunub. Bir müddət sonra Şen Yalman qardaşı oğlu və şirkətə qarşı İstanbul Asliye Ticarət Məhkəməsində ilkin iddia qaldırıb. Şen Yalmanın vəkili vəsatətində baş verənləri belə izah edib:

“Şen Yalmanın müalicəsi davam edərkən onun payları əlindən alınıb. Kərim Oktay Yalman digər şübhəlilərlə hərəkət edərək, ən zəif halında ondan istifadə edib, təzyiqlərini artırıb və beləliklə də saxtakarlıq və dələduzluq cinayəti törədib. Şirkətin baş direktoru Vedat Özçelik Kerim Oktay Yalman və şirkət işçiləri Mert Tarlan, Serhat Kutlan və Aycan Avcı şirkətin qiymətləndirməsi ilə bağlı yalan və yanıldıcı məlumatlar verərək müştərimi şirkətin səhmlərini su qiymətinə satmağa razı salıblar. Müştərinin oğlu Ziya Gür Yalman da öz mənfəəti üçün atasının bu şəkildə aldadılmasına göz yumub. Müştərinin digər oğlu Ahmet Yalman isə şübhəlilər tərəfindən şirkətə işə götürülməyib. Şəxsin iradəsini asanlıqla qıran şübhəlilər onu tək qoyub, paylarını əlindən alıblar. Haqsızlığa dözməyən və şirkətdən kənarlaşdırılan müştərinin oğlu Ahmet Yalman bu vəziyyətə görə xəstələnib və Barselonaya köçüb”.

"Şübhəlilərin həbs olunmasını, şirkət və bank sənədlərinə əl qoyulmasını istəyirik" deyən Şen Yalman da İstanbul Asliye Ticarət Məhkəməsində iddia qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin