“Qazprom” Çinə qaz nəqlini artırmağı və endirimi 50%-ə çatdırmağı planlaşdırır
“Qazprom”un qaz biznesinin gəlirsizliyinə və daxili bazarda qiymətlərin artmasına baxmayaraq, yaxın bir neçə ildə Çin üçün Rusiya boru kəməri qazının qiyməti davamlı şəkildə azalacaq.
Valyuta.az "Reuters"ə istinadla xəbər verir ki, gələn il Çin üçün endirim 46%-ə qədər artacaq.
Qeyd olunur ki, “Sibirin gücü”ndən qazın min kubmetri 271,6 dollara başa gələcək. Bu arada Türkiyə və Avropa üçün min kubmetri 481,7 dollara satılacaq.
Həmçinin bildirilir ki, “Qazprom” Çinə qaz nəqlini artırmağı planlaşdırır – gələn il tədarük həcmini 30 milyard kubmetrə çatdırmaq planlaşdırılır. 2023-cü ildə Qazprom Çinə 22 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır.
Daha əvvəl bildirilmişdi ki, ilin birinci yarısında Rusiyanın “Qazprom” şirkətinin qaz biznesi gəlirsiz olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay