Ruslar Aİ sərhədini keçərkən avtomobil və qiymətli əşyaları müsadirə oluna bilər
Avropa İttifaqı ilə sərhədi keçərkən Rusiya vətəndaşlarının avtomobilləri, telefonları, digər avadanlıqları və qiymətli əşyaları müsadirə oluna bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sənədində deyilir.
Belə qaydalar bu ilin iyulunda Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasından sonra qüvvəyə minib.
Sənəddə deyilir ki, ruslar öz avtomobilləri ilə daxil olarsa, Aİ standartlarına görə bu, qeyri-qanuni idxal hesab olunacaq. Müvafiq olaraq, bu cür nəqliyyat hansı məqsədlə və hansı müddətə gətirilməsindən asılı olmayaraq müsadirə edilə bilər.
Qadağa həmçinin istənilən yükün daşınması üçün qoşqu və yarımqoşquların idxalına, həmçinin yaxtaların daşınmasına və istifadəsinə də şamil edilir.
Bundan əlavə, Rusiya Federasiyası vətəndaşlarından kosmetika, çamadanlar, avadanlıqlar, dəri və xəz məmulatları, yarı qiymətli və qiymətli daşlar, fotoaparatlar müsadirə edilə bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay