VTB rəhbəri: “Rusiyanın Qərb sanksiyalarından çıxmaq fikrini ağlınızdan çıxarın”
Rusiyada işləməyə davam edən iş adamları “sanksiyalardan çıxmaq fikrini” unutmalıdırlar.
Valyuta.az xəbər verir ki, bu fikri RBC-ya müsahibəsində VTB-nin rəhbəri Andrey Kostin deyib.
O, rusiyalı sahibkarları ölkənin qarşısında duran vəzifələri yerinə yetirmək üçün biznesi səfərbər etməyə və yalnız bundan sonra şirkətlərinin yenidən qurulması haqqında düşünməyə çağırıb.
Kostinin sözlərinə görə, Rusiya biznesi “ilk şokdan” sağ çıxıb.
“Sadəcə hamını inandırıram: sanksiyalardan çıxmaq fikrindən əl çək, bunu unut. Siz o həyata qayıtmayacaqsınız”, – Kostin yerli sahibkarların əhvalını şərh edərkən deyib.
VTB rəhbəri “bir sıra Rusiya qanunlarının hüquq-mühafizə orqanları tərəfindən geniş şərh edilməsində” bir sıra neqativ tendensiyalarla bağlı narahatlıqlardan qurtulmağın zəruriliyini bəyan edib.
Kostin əlavə edib ki, biznes cəmiyyətin fəal hissəsidir və bu, ilk növbədə Rusiya iqtisadiyyatının cari çağırışların öhdəsindən necə gələcəyini müəyyən edir.
Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov zarafatla tribunal yaradılmasını və birtərəfli qanunsuz sanksiyalar tətbiq edən hər kəsin məsuliyyətə cəlb edilməsini təklif edib .
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib .
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay