Rusiya monopoliyasına son: Ukrayna ilk dəfə Amerikadan nüvə yanacağı aldı
Ukrayna ABŞ-dan nüvə yanacağının ilk partiyasını aldı ki, bu da Rusiyanın bu bazar seqmentində monopoliyasına son qoymaq üçün bir addımdır.
Valyuta.az bu barədə "Unian"a istinadla xəbər verir.
Energetika naziri German Qaluşenko telemarafon zamanı bildirib ki, sentyabrın 10-da Energoatom 440 reaktor üçün ilk dəfə olaraq ABŞ-dan yanacaq alıb. O, "Westinghouse" tərəfindən ukraynalı mütəxəssislərlə birlikdə istehsal edilib.
"Biz bu seqmentdə Rusiya Federasiyasını tamamilə əvəz etmək üçün işi davam etdirəcəyik. Artıq müəyyən ölkələrlə razılaşmalar var", - Qaluşenko bildirib.
Məlum olduğu kimi, Ukrayna "Westinghouse Electric Company" yanacağını 2025-ci ildə almağı planlaşdırsa da, müharibə səbəbindən proses sürətləndirilib. Əlavə etmək lazımdır ki, Energoatom sovet VVER-1000 reaktorlarında Rusiya yanacağını əvəz etməyi bacaran dünyada ilk şirkət olub.
Qeyd edək ki, Ukrayna nüvə stansiyası reaktorlarının, demək olar ki, yarısı Amerika Birləşmiş Ştatlarında istehsal olunan nüvə yanacağına keçib. Amerikanın nüvə xammalına keçid problem deyil. Onun son modifikasiyası artıq on ildir ki, Ukrayna atom elektrik stansiyalarında işləyir. Həmçinin yerli atom elektrik stansiyalarında iki-üç il davam edəcək kifayət qədər yanacaq ehtiyatı var.
Bu ilin martında Energetika Nazirliyi Ukraynanın Avropa bazarı da daxil olmaqla Rusiya yanacağını əvəz edə biləcək nüvə yanacağı istehsal edəcəyini açıqlamışdı. Bu gün Avropada Rusiya yanacağına alternativ olmayan 17 VVER-440 qurğusu fəaliyyət göstərir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay