İspan nazir: "Aİ-nin Rusiya mayeləşdirilmiş qazından imtina etmək planı yoxdur"
İspaniyanın energetika naziri Teresa Ribera bildirib ki, idxal qiymətlərinin artmasına baxmayaraq, Avropa İttifaqının Rusiyadan mayeləşdirilmiş təbii qazı (LNG) qadağan etmək üçün qısamüddətli planı yoxdur.
Valyuta.az xəbər verir ki, o, bunu ötənilki enerji böhranının təkrarlanması ilə bağlı qorxu ilə izah edib.
Teresa Ribera "Reuters"ə açıqlamasında Avropada 2022-ci il enerji böhranına toxunaraq, "Bu qıtlıq və qorxu hissi var" deyib.
“Hesab edirəm ki, gec-tez Rusiya və Ukraynada vəziyyət dəyişməsə, qadağa tətbiq olunacaq. Lakin keçən ilki sarsıntılardan sonra Avropa Komissiyası və üzv dövlətlər hadisələrin adi şəkildə, əlavə təlatümlər olmadan necə inkişaf edəcəyini görmək istəyirlər”, deyə nazir izah edib.
Keçən il İspaniya Rusiyanın LNG-nin dünyada ikinci ən böyük alıcısı olub. “Əlbəttə ki, xoşuma gəlmir. Lakin mövcud infrastrukturumuz sayəsində biz LNG bazarında Rusiya LNG-ni yenidən ixrac edə bilmək üçün zavodlarımızda daşıyan və saxlayan yeni oyunçuların meydana çıxdığını görürük”, deyə nazir əlavə edib.
Onun sözlərinə görə, İspaniya hökuməti idxalı tamamilə dayandırmağı düşünürdü, lakin Aİ rəhbərliyi ilə razılaşma olmadan bunun üçün hüquqi əsas tapmayıb, bu isə xarici ticarətdə zəruridir. Bunun əvəzinə hökumət şirkətlərdən Rusiya və LNG-nin tədarükü üçün yeni müqavilələr bağlamamağı və LNG tədarükü mənbələrində daha şəffaflığı təmin etməyi xahiş edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay