“Volvo” öz aktivlərini rusiyalı investora verdi
“Volvo” konserninin Rusiyadakı aktivləri rusiyalı investora verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin mətbuat xidmətinə istinadən yazıb.
"Rusiyadakı “Volvo” avtomobil istehsalçısının aktivləri rusiyalı investora verilib", - məlumatda deyilir.
Nazirlik bildirib ki, yeni sahibi ilə birlikdə Kaluqadakı “Volvo” zavodunda istehsalın gələcək inkişafı üçün yerli tərəfdaş da müəyyən edilib. Əlavə edilib ki, istehsalın yenidən mümkün qədər tez başlaması üçün işlər davam edir.
Bundan əvvəl Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi Rusiyada vergi ödəməkdə davam etdiyinə görə “Volvo Cars”ın şəriki Çinin “Geely Holding” şirkətini qara siyahıya salmışdı. Daha sonra “Dagens Industri” nəşri yazıb ki, bununla əlaqədar İsveçin ən böyük avtomobil istehsalçısı “Volvo Cars” İsveç Müdafiə Nazirliyi və Göteborq meriyası tərəfindən boykot elan oluna bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay