Dünya
08.09.2023 / 14:07
Fransa istiyə görə narıncı həyəcan elan etdi - Payızda ilk dəfə
32560
Fransanın Milli Meteorologiya Xidməti Meteo France ilk dəfə olaraq payızdakı istilər səbəbindən iqlim təhlükəsinin narıncı (sondan əvvəlki) səviyyəsini elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə qurum X sosial şəbəkəsindəki (keçmiş "Twitter") səhifəsində məlumat verib.
Bildirilir ki, İl-de-Fransa metropoliteninin 14 departamentində və Sentr-Luara Vadisi bölgəsində narıncı həyəcan səviyyəsi elan edilib.
“Bu, sistem 2004-cü ildə tətbiq olunduqdan sonra yay mövsümü xaricində yüksək temperatur üçün ilk narıncı xəbərdarlıq səviyyəsidir”, deyə nəşr bildirib.
Bu rayonlarda havanın temperaturu +33-36°C-dək yüksələcək ki, bu da sentyabrın əvvəli üçün anomal göstəricidir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay