HSBC bu tarixdən Rusiya və Belarusa pul köçürmələrini dayandıracaq
HSBC bank qrupu 27 oktyabr 2023-cü il tarixindən etibarən Rusiya Federasiyası və Belarusa münasibətdə hüquqi şəxslər üçün pul köçürmə xidmətlərinin göstərilməsini dayandıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti bank müştəriləri üçün nəşrin sərəncamında olan daxili bülletenə istinadən yazır.
Nəşrin fikrincə, HSBC-nin bu addımı beynəlxalq maliyyə sektorunda “tənzimləyici mənzərənin mürəkkəbləşməsi” ilə bağlıdır. Bu qərarın məqsədi bu iki ölkədə “hətta qüvvədə olan qanunvericiliyə əsasən belə fəaliyyətlərə (pul köçürmələrinə) icazə verilən ərazilərdə” “risklərə operativ məruz qalmağı minimuma endirməkdir”.
Bundan əvvəl Rusiyanın İT şirkətlərindən biri Honq-Konq bankı Hongkong and Shanghai Banking Corporation (HSBC) xarici tərəfdaşı ilə müqavilə əsasında ödəniş etməkdən imtina edib.
Kredit təşkilatı bundan Ukrayna prezidenti Vladimir Zelenskinin təsdiq etdiyi sanksiyalar əsasında imtina edib. İmtina alan şirkət bu məhdudlaşdırıcı tədbirlər siyahısında olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay