2018-ci ildən bəri ilk dəfə dünyada multimilyonerlərin sayı azaldı
Analitiklərin fikrincə, dünyada 2022-ci ildə sərvəti 30 milyon dollardan çox olan multimilyonerlərin sayı 2018-ci ildən bəri ilk dəfə olaraq azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Wealth-X" araşdırma şirkəti məlumat yayıb.
"Wealth-X" hesabatında qeyd edilir ki, ötən il dünyada 395 070 multimilyonçu olub. Bu da 2021-ci illə müqayisədə 5,4% azdır. Onların ümumi sərvəti 5,5% azalaraq, 45,4 trilyon dollara düşüb.
Ultra varlı insanların sayında azalma Latın Amerikası və Yaxın Şərq istisna olmaqla, dünyanın əksər regionlarında baş verib. Əsas səbəb yüksək inflyasiya, yüksələn mərkəzi bank faizləri, fond indekslərinin azalması və qapanmalar səbəbindən yavaşlayan Çin iqtisadiyyatı olub.
ABŞ-da multimilyonerlərin sayı 4% azalaraq 142 990 nəfər, Çində 7,1% azalaraq 47 190 nəfərə düşüb. Fransada onların sayı 11,9% azalıb. Artım göstərən yeganə əsas ölkə Hindistan olub.
Şəhərlər arasında Honq Konq multimilyonerlərin sayının 23% azalmasına baxmayaraq, lider olaraq qalır. Sonrakı yerləri Nyu York, London, Los Anceles və San Fransisko tutur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay