BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
32506

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ABŞ ilk dəfə olaraq Rusiyaya sanksiya tətbiq olunan oliqarxlardan müsadirə edilmiş aktivləri Ukraynaya keçirəcək.

Valyuta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib və vurğulayıb ki, “Putinin təcavüzkar müharibəsinə töhfə verənlər bunun əvəzini ödəməlidir”.

“Biz ilk dəfə olaraq, sanksiyaya məruz qalan rus oliqarxlarından müsadirə edilmiş aktivləri Ukraynaya ötürürük və bundan sonra o pullar Ukrayna hərbi veteranlarına dəstək üçün istifadə olunacaq”, - Blinken bildirib.

Söhbət veteranların dəstəklənməsi və reabilitasiyasına yönəldilməsi planlaşdırılan 5,4 milyon dollardan gedir. Vəsaitlər Blinkenin elan etdiyi yardım çərçivəsində Ukraynaya köçürüləcək.

Blinken həmçinin qeyd edib ki, ABŞ Rusiyaya Qara Dəniz Taxıl Təşəbbüsünə qayıtmaq üçün beynəlxalq təzyiq göstərir.

Bundan əlavə, ABŞ digər ölkələrə taxıl tədarükü üçün alternativ marşrutlar yaratmaq üçün Ukrayna ilə işləyir. Dövlət katibi Ukraynaya yardımla bağlı ABŞ-ın mövqeyinin dəyişməzliyinə əmin edib.

“Mənim bu gün ABŞ prezidenti Baydenin adından Ukrayna xalqına mesajım budur: biz sizi son 20 ayda millətinizin sağ qalmasını təmin etmək üçün dəstəklədiyimiz kimi, gələcəyinizi formalaşdırdığınız zaman və azad, möhkəm, güclü, firavan Ukrayna dövləti qurarkən sizə dəstək verəcəyik”, - o yekunlaşdırıb.

Qeyd edək ki, 2022-ci ilin sonunda ABŞ bir sıra mühüm qanunvericilik dəyişikliklərini qəbul edib. Bu dəyişikliklər sayəsində Rusiya təcavüzündə iştirak edənlərdən müsadirə edilən aktivlər Ukraynaya dəstək üçün istifadə oluna bilər.

2023-cü il fevralın 4-də tarixdə ilk dəfə olaraq  müsadirə edilmiş Rusiya aktivlərinin  Ukrayna dövlətinin bərpası lehinə verilməsi razılaşdırılıb.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin