Rusiyanın 100 milyard rubla yaxın aktivi ilin sonuna kimi “həbsdən” çıxa bilər
Rusiya Federasiyası Maliyyə Nazirliyinin maliyyə siyasəti departamentinin direktoru İvan Çebeskov bildirib ki, bu ilin sonuna qədər xarici depozitarlarda dondurulmuş özəl investorların 100 milyard rubl məbləğində aktivlərinin blokdan çıxarılması gözlənilir.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, siyasi aspektlərə baxmayaraq, pul qazanmaq istəyən əcnəbilər də var, qiymətli kağızlardan vəsait çıxara bilməyən ruslar da. Çebeskov hesab edir ki, bu vəziyyət razılaşmaq və mübadilə aparmaq üçün kifayətdir.
Nəşr qeyd edir ki, Rusiya Bankı Maliyyə Nazirliyi ilə birlikdə bloklanmış xarici qiymətli kağızların buraxılması mexanizmini nəzərdə tutan fərman layihəsi hazırlayıb.
Nəşr vurğulayır ki, hazırda 3,5 milyondan çox rusiyalının 1,5 trilyon rubl məbləğində aktivləri dondurulub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay