Dünya
06.09.2023 / 12:24
Mask "Twitter"i almaq üçün borc götürübmüş
32448
İlon Mask "Twitter" sosial şəbəkəsini satın aldığı vaxtda özünün "SpaceX" şirkətindən 1 milyard dollar borc götürübmüş.
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Nəşrin əldə etdiyi sənədlərə görə, "SpaceX" Maska məxsus səhmlərinin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.
WSJ vurğulayır ki, Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.
Qəzetin yazdığına görə, Maskın kapitalının likvidliyi məlum deyil, çünki onun böyük hissəsi "Tesla", "SpaceX" və digər startapların səhmləri ilə bağlıdır.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay