Rusiyanın təklif etdiyi qaz qovşağının yaradılması üçün şərtlər açıqlandı
"Avropa ölkələrinin rəhbərliyində anti-Rusiya əhval-ruhiyyəsi və Türkiyənin qanunvericilik bazasının xüsusiyyətləri Rusiya Federasiyası tərəfindən təklif olunan qaz qovşağının reallaşdırılmasını ciddi şəkildə çətinləşdirə bilər".
HİT.az xəbər verir ki, bunu enerji üzrə ekspert və Türkiyənin TPAO dövlət neft şirkəti İdarə Heyətinin keçmiş üzvü Necdət Pamir deyib.
“Avropada, Almaniyada, Fransada, hazırda Amerikanın maraqlarına uyğun fəaliyyət göstərən Avropa İttifaqında liderlik dəyişməyincə, Türkiyə üzərindən və ya birbaşa Rusiya Federasiyasından qaz ixracı son dərəcə problemli olaraq qalacaq", deyə ekspert bildirib.
Onun fikrincə, belə bir layihənin uğur qazanması üçün Avropanın “siyasi şüurunu dəyişməsi”, oradakı liderlərin isə “öz ölkələrinin maraqları haqqında düşünməyə başlaması” lazımdır.
Sentyabrın 5-də "RİA Novosti" agentliyi Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verib ki, Rusiyanın Türkiyədə təklif etdiyi qaz qovşağı layihəsi üzrə işlər yaxın vaxtlarda intensivləşdiriləcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay