Özbəkistanın iki ödəniş xidmətində xaricə pul köçürmələri məhdudlaşdırıldı
Özbəkistanda ən böyük hesab edilən "Pay Way" və "Oson" ödəniş xidmətləri sentyabrın 5-dən beynəlxalq pul köçürmələrini dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə resursların mətbuat xidməti məlumat yayıb.
Xüsusilə "Pay Way" nümayəndələri Respublika Mərkəzi Bankının müvafiq əmri ilə xaricə köçürmələrin aparılması imkanının məhdudlaşdırıldığını açıqlayıblar. Söhbət bütün xarici istiqamətlərdən, o cümlədən Rusiyadan gedir.
“Bizim tətbiqimizdə ölkədaxili ödənişlər, "Uzcard" və "Humo" arasında köçürmələr, o cümlədən kommunal, dövlət və rabitə və internet xidmətləri üçün ödənişlər fəaliyyətini davam etdirəcək”, deyə məlumatda bildirilir.
"Pay Way" mətbuat xidməti yaranmış narahatçılığa görə müştərilərdən üzr istəyib və ictimaiyyətin anlayışına ümid etdiyini bildirib. "Oson" nümayəndələri də öz növbəsində yaxın vaxtlarda xidmətin normal fəaliyyətini bərpa edəcəklərinə söz veriblər.
“Sentyabrın 5-dən etibarən beynəlxalq köçürmələr və xarici xidmətlər üçün ödənişlər müvəqqəti olaraq dayandırılacaq”, deyə onlar əlavə ediblər.
Daha sonra məlumat yayılıb ki, Özbəkistan Mərkəzi Bankı bu qərarı ölkənin maliyyə sistemini qlobal risklərdən qorumaq zərurətinə görə verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay