Dünya
05.09.2023 / 16:42
Polşanın qaz ehtiyatlarının həcmi açıqlandı
32410
Polşada yerləşən yeraltı təbii qaz anbarları 96% doludur.
Valyuta.az xəbər verir ki, bunu yerli yanacaq anbarı operatoru "Gas Storage Poland"ın məlumatları göstərir.
Sentyabrın 4-ü axşam saatlarına olan məlumata görə, Polşanın anbarlarında qaz ehtiyatları 36 189 giqavat-saatı (QVt/saat) ötüb. Nəticədə, ümumi saxlama qabiliyyətinin yalnız 4%-i istifadə olunmayıb.
Ümumilikdə ölkədə üç yeraltı qaz anbarı var - "Caverna", "Wierzhowice" və "Sanok". İndiki halda onların müvafiq olaraq 89%, 99% və 99% doldurulduğu bildirilir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay