ABŞ qarşısını ala bilmədi: Çin kütləvi bazarda 7 nm çip texnologiyasını mənimsədi
Çin Ağ Evin qarşısını almaq üçün göstərdiyi bütün səylərə baxmayaraq, 7 nm çiplərin kütləvi texnologiyasını mənimsəyə bilib. Bu texnologiya indiki iPhone modellərində istifadə ediləndən yalnız bir addım geri qalır. ABŞ sanksiyaları Çinin 7 nanometrlik çip istehsalı prosesini mənimsəməsinə mane ola bilməyib.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Bu cür nəticələr “Huawei”in ən son Mate 60 Pro smartfonunun təhlilinə əsaslanır. Onun Kirin 9000 prosessorunun tamamilə Çində SMIC tərəfindən istehsal edildiyi ortaya çıxıb və bu, "Çin səlahiyyətlilərinin öz çip istehsal infrastrukturunu yaratmaq səylərinin uğurunu göstərir".
Honq-Konqda sanksiya tətbiq edilən SMIC hesabatın yayımlanmasından sonra bazar ertəsi günü 11% artıb ki, bu da 2021-ci ilin yanvarından bəri ən böyük sıçrayışdır. Şanxayda şirkətin səhmləri 6% bahalaşıb.
Qəzetin qeyd etdiyi kimi, Ağ Evin məqsədi Çini 14 nanometrdən kənara buraxmamaq olub. Eyni zamanda, TSMC-nin hazırkı iPhone modellərində istifadə edilən ən son istehsal texnologiyası 4 nm-dir. O, Çindən cəmi iki addım öndədir.
Agentliyin fikrincə, məhz bu addımlar texnoloji boşluğa səbəb olur. Nanometr vahidləri üçün fotomaskaları işıqlandırmaq üçün dərin ultrabənövşəyi işığı olan avadanlıq lazımdır. Bunu yalnız Hollandiya ASML Holding edir; bu avadanlığın Çinə ixracı qadağandır.
Bundan əvvəl qlobal çip istehsalçılarının aparıcı birliyi “Huawei”in Çində bir sıra gizli yarımkeçirici istehsal müəssisələri tikdiyi barədə xəbərdarlıq etmişdi.
Bu ilin yanvar ayında Ağ Ev ABŞ şirkətlərinə Çinin “Huawei” şirkəti üçün əksər malların ixracına lisenziyaların verilməsini dayandırıb.
Ötən ilin noyabrında ABŞ prezidenti Co Baydenin administrasiyasının ABŞ-ın milli təhlükəsizliyinə təhdid səbəbindən Çinin “Huawei” və ZTE şirkətlərindən yeni telekommunikasiya avadanlıqlarının satışını qadağan etdiyi barədə məlumat yayılmışdı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay