Türkiyə AES-in nə vaxt işə salınacağı məlum oldu - Putin açıqladı
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə danışıqlar zamanı Türkiyədə Akkuyu AES-in ilk blokunun 2024-cü ildə işə salınacağını bildirib.
Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putinin sözlərinə görə, Türkiyə “beynəlxalq nüvə dövlətləri klubu”nun tamhüquqlu üzvü olub və əgər hər şey plan üzrə getsə, o zaman AES-in birinci blokunun işə salınmasından sonra iki ölkə arasında əməkdaşlıq üçün maraqlı imkanlar açılacaq.
O əlavə edib ki, Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq inkişaf edir.
“Biz enerji sektorunda çox inamla irəliləyirik, hər iki tərəfdən əsas təchizatçılar və istehlakçılar arasında razılaşmalar əldə olunub”, - Putin bildirib.
Bu gün Putin və Ərdoğan arasında Soçidə görüş başlayıb. Görüş yerinə ilk gələn Rusiya prezidenti türkiyəli həmkarının avtomobil karvanını qarşılayıb. Putini Rosatom rəhbəri Aleksey Lixaçev və baş nazirin müavini Aleksandr Novak müşayiət edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay