“McDonald's”ın “rus balası” Çində restoran açmaq üçün icazə istəyir
McDonald's-ın Rusya varis brendi - "Vkusno - i toçka" - Rusiyanın Blaqoveşensklə üzbəüz Amur çayının sahilində yerləşən Çinin Heihe şəhərində müəssisə açmaq niyyətindədir.
Valyutaq.az xəbər verir ki, bu barədə "Forbes" Russia yazır.
Rusiyanın “Vkusno - i Toçka” fast-food restoranlar şəbəkəsinin sahibi Aleksandr Qovor TASS-a bildirib ki, şirkət Çinin Heihe şəhərindən müraciət alıb.
“Vkusno - i toçka” McDonald's-dan Çində restoranlar açmaq üçün icazə istəyib.
Qeyd olunur ki, Rusiyada restoranların alınması ilə bağlı müqavilənin şərtlərinə görə, Rusiya şəbəkəsinin McDonald's-ın fəaliyyət göstərdiyi həmin ölkələrdə müəssisələr açmaq hüququ yoxdur. Qovorun sözlərinə görə, sorğu Heihedən gəlib: “Logistika bu bölgələrə çatmır, çinlilərin orada McDonald’s-ı yoxdur”.
"Amerikaya, bir korporasiyaya məktub yazdıq. Əgər icazə versələr, biz bunu məmnuniyyətlə edəcəyik, sabah lap azı on satış məntəqəsi açacağıq. Mənə irsən yaxın olan Belarusda və ya Abxaziyada olduğu kimi", - “Vkusno - i toçka”nın sahibi deyir.
O, həmçinin iddia edir ki, şirkətə bir sıra başqa ölkələrdən də onlarda “Vkusno - i toçka” restoranlarının açılması imkanları ilə bağlı müraciət edilib.
Xatırladaq ki, indi McDonald's Rusiyada “Vkusno - i toçka” adlanır. Restoran 12 iyun 2022-ci ildə fəaliyyətə başlayıb.
2022-ci ilin may ayında McDonald's Rusiyadan tamamilə çıxmaq qərarına gəlib və biznesini satıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay